NATO hazırda hər zamankından daha çox avropalıdır - Merz
Almaniya Kansleri Fridrix Merz Şimali Atlantika Alyansının (NATO) hazırda tarixinin ən yüksək avropalaşma dövrünü yaşadığını bildirib.
AFN.az xəbər verir ki, kansler bu barədə NATO-nun Ankara sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"NATO bu gün hər zamankından daha çox Avropa təşkilatıdır, lakin kökündə yenə də transatlantik olaraq qalır. Mən xeyli güclənmiş Avropa xətti ilə transatlantik əməkdaşlığın uğurlu davamını gözləyirəm", - deyə Merz vurğulayıb.
Almaniya hökumətinin başçısı həmçinin təsdiqləyib ki, NATO-nun avropalı müttəfiqləri 2026-2027-ci illərdə Ukraynaya əlavə olaraq 70 milyard avro vəsait ayrılması barədə razılığa gəliblər.
