Rəcəb Tayyib Ərdoğan: Sammitdən güclü bir nəticə ilə çıxacağıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp ikitərəfli görüş keçirdikləri Prezident Aparatı Kompleksində bəyanatlarla çıxış ediblər.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Ankarada reallaşdırdıqları görüşə toxunan Prezident Ərdoğan dəyərli dostu ilə bir arada olmağın onlara fərqli bir güc qatdığını və bu səfərin nə qədər böyük əhəmiyyət kəsb etdiyini xüsusilə ifadə etmək istədiyini bildirib.
Regional sabitliyin təmin olunması istiqamətində göstərilən diplomatik səylərdən bəhs edən Ərdoğan İran-Amerika münasibətlərini necə müsbət bir müstəviyə gətirə biləcəklərinin cəhdi daxilində olduqlarını və əllərindən gələni etməklə dünya sülhünə töhfə verməyə çalışdıqlarını qeyd edib.
Qəzzadakı vəziyyət və regionda sülhün bərqərar olunmasına dair mesajlar verən Türkiyə lideri Tramp ilə danışaraq bölgədə əmin-amanlığı təmin etmək üçün bu Liderlər Sammitinə çox böyük önəm verdiklərini vurğulayıb.
F-35 qırıcılarının tədarükü prosesinə toxunan Ərdoğan bu mövzunun onlar üçün yeni olmadığını, bunu ABŞ ilə daha əvvəl müzakirə etdiklərini və 5 təyyarə üçün söz aldıqlarını xatırladıb.
Sammitdən gözləntilərini dilə gətirən Ərdoğan F-35 mövzusunda bu Liderlər Zirvəsindən xeyirli bir qərarın çıxacağına inandığını, Trampın hər zaman verdiyi sözün arxasında durduğunu və daha əvvəl alınan vədlərin gələcəyə doğru müsbət şəkildə sınaqdan keçirildiyini bildirib.
Görüşdə müzakirə olunacaq digər regional məsələlərə də deyinən Ərdoğan Rusiya ilə Ukrayna arasındakı hadisələri də burada həmkarı ilə bölüşəcəklərini, məsləhətləşmələr aparacaqlarını və addımlarını buna uyğun atacaqlarını ifadə edib.
Sonda NATO daxilindəki tərəfdaşlığın əhəmiyyətini vurğulayan Prezident Ərdoğan NATO-nun iki mühüm ölkəsi olaraq Liderlər Sammitindən həmrəylik içində güclü bir nəticə ilə çıxacaqlarını və buna nail olacaqlarına dərindən inandıqlarını diqqətə çatdırıb.
Ərdoğan həmçinin "KAAN" milli qırıcı təyyarəsinin mühərrikləri mövzusunu da sammitdə Tramp ilə müzakirə edəcəklərini və ABŞ liderinin onlara daha əvvəl verdiyi müjdəni burada yenidən təkrarlayacağına inandığını sözlərinə əlavə edib.

