Qırğızıstanda qalxma anında eniş şassisi qırılan təyyarə yanı üstə aşıb



Qırğızıstanın paytaxtı Bişkəkdəki Manas Beynəlxalq Hava Limanında "TezJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qalxma anında eniş şassisinin qırılması nəticəsində yanı üstə aşıb.

AFN.az xəbər verir ki, qəza zamanı ölən və ciddi xəsarət alan olmayıb.

Manas Beynəlxalq Hava Limanından verilən məlumata görə, Bişkək-Oş reysini yerinə yetirmək üçün uçuş zolağında sürətlənən və göyərtəsində 6 heyət üzvü ilə 181 sərnişinin olduğu təyyarə qalxış zamanı yanı üstə aşıb.

Hadisə şahidləri təyyarənin sürət yığdığı an arxa eniş şassilərindən birinin qırıldığını bildiriblər.

Can itkisi və ya ağır xəsarət alanların olmadığı insidentdə bütün sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib.

Qəzadan sonra hava limanındakı bütün reyslər müvəqqəti olaraq dayandırılıb, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu