Avstraliyada təyyarədə sərnişin göyərtə bələdçisini dişlədi



Avstraliyadan ABŞ-yə gedən "Qantas" hava yollarına məxsus sərnişin təyyarəsi bir sərnişinin göyərtə bələdçisini dişləməsi səbəbindən Tihitiyə məcburi eniş etmək məcburiyyətində qalıb.

AFN.az xəbər verir ki, hücum edən sərnişin hava yolu şirkəti tərəfindən qara siyahıya salınıb.

Avstraliyadan ABŞ-yə reallaşan uçuş zamanı inanılmaz bir hadisə baş verib. Melburn-Dallas reysini həyata keçirən "Qantas" hava yollarına məxsus QF21 nömrəli təyyarə kişi sərnişinin göyərtə bələdçisini dişləməsindən sonra təcili eniş edib.

Hava yolu şirkətinin sözçüsü tərəfindən verilən açıqlamada hücum zamanı digər sərnişinlərin və heyət üzvlərinin dərhal müdaxilə edərək göyərtə bələdçisinə kömək etdikləri bildirilib.

Hücum edən şəxs saxlanılarkən, hava yolu şirkəti həmin sərnişinə ömürlük uçuş qadağası qoyub.

Sosial mediada komediya aktyoru Mayk Qoldşteyn tərəfindən paylaşılan görüntülərdə sərxoş olduğu təxmin edilən sərnişinin göyərtə heyəti ilə sərt mübahisə etdiyi görünür.

Ondan təyyarənin arxa hissəsinə keçməsini istəyən əməkdaşları təhqir edən sərnişinin dəhlizdə ayaq üstə durmaqda çətinlik çəkdiyi və qarışdırdığı diqqət çəkib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu