Tbilisiyə qatar biletlərində endirim olmayacaq - ADY rəsmisi
“Hazırda biletlərlə bağlı xüsusi endirim kampaniyalarının tətbiqi müzakirə olunmur”.
AFN.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Satışa təqdim edilən minimal tariflər sərnişinlər üçün ən əlverişli qiymətlər hesab olunur” - o əlavə edib.
Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 AZN, Gəncədən isə 58.20 AZN-dir.
