Aİ-nin 2028-2034-cü illər üçün hərbi büdcəsi 200 milyard avronu ötəcək - fon der Lyayen
Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən yeddi illik büdcəsində hərbi xərclər 200 milyard avrodan çox olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun Ankara sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bildirib.
"Yeni çoxtərəfli büdcəyə hərbi imkanların artırılması üçün 131 milyard avro, hərbi mobillik (ağır hərbi texnikanın daşınması üçün yolların, körpülərin və tunellərin modernləşdirilməsi) üçün isə 71 milyard avro daxil ediləcək", - diye fon der Lyayen qeyd edib.
O, həmçinin Aİ-nin dəstək proqramları sayəsində 2030-cu ilə qədər ittifaq daxilində hərbi ehtiyaclara ümumilikdə 950 milyard avroyadək vəsaitin cəlb oluna biləcəyini vurğulayıb. Qeyd edək ki, bu, Aİ tarixində hərbi xərclərin bu qədər yüksək həcmdə nəzərdə tutulduğu ilk büdcə olacaq.

