Aİ-nin Çinlə ticarət kəsiri rekord həddə – 360 milyard avroya çatdıb
Avropa İttifaqının (Aİ) Çinlə ticarət kəsiri 2025-ci ildə rekord vuraraq 360 milyard avroya yüksəlib. Avropa Komissiyası "təhlükəli asılılıq risklərini azaltmaq" məqsədilə yeni ticarət tədbirləri paketi hazırlamağa başlayır.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ sammitindən sonrakı mətbuat konfransında bəyan edib.
"Son beş ildə Çindən Aİ-yə idxal 45% artıb. Keçən il bu göstərici görünməmiş həddə – 360 milyard avroya çatdı ki, bu da gündə 1 milyard avro kəsir deməkdir", – deyə fon der Lyayen bildirib. Komissiya rəhbəri həmçinin əlavə edib ki, tarixdə ilk dəfə olaraq Aİ-nin istisnasız bütün üzv dövlətlərinin Çinlə ticarətində kəsir qeydə alınıb.
Aİ sammiti Avropa Komissiyasına rəqabət mühitini bərabərləşdirmək və təhlükəli asılılıq risklərini azaltmaq üçün cavab tədbirləri paketi hazırlamağı tapşırıb. Bu, Avropa Komissiyasının yaxın gələcəkdə yeni gömrük rüsumları və digər antidempinq mexanizmlərini tətbiq etməyə hazırlaşdığı anlamına gəlir.



