Ötən il Avropa Birliyi ilə Çin arasında gündəlik ticarət 2,3 milyard avro təşkil edib


2022-ci ildə Avropa Birliyi ilə Çin arasında ticarətin həcmi gündə 2,3 milyard avro təşkil edib.


AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Pekində Çin rəhbərliyi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. O, AB ilə Çin arasında ticarət əlaqələrinin daha az balanslaşdırılmış olduğunu vurğulayıb. "AB öz maraqlarını qorumaqda və bərabər oyun sahəsini təmin etmək üçün Çindən asılı olmaqda daha diqqətli olur" - deyə Ursula fon der Leyen əlavə edib.

AK rəhbərinin sözlərinə görə, Çinlə işləyən Avropa şirkətləri Çinlə müqayisədə daha az əlverişli vəziyyətdədir: "Biz diqqəti konkret risklərə yönəltməliyik. Bugünkü görüşlərdə mən asılılıqlar və həssas texnologiyaların ixracı ilə bağlı disbalans, eyni zamanda risklərin aradan qaldırılmasının vacibliyini vurğuladım".

Qeyd edək ki, Ursula fon der Leyen Fransa prezidenti Emmanuel Makronla Pekində səfərdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu