Fon der Leyen: Aİ-nin 10 ildə hərbiyə 500 milyard avro sərmayə qoyması lazımdır
Aİ öz təhlükəsizliyini təmin etmək üçün növbəti on il ərzində hərbi sənayeyə əlavə 500 milyard avro sərmayə qoymağa hazırlaşmalıdır.
"Euractiv" portalının məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən sammitdə deyib.
Fon der Leyen sammitdə Avropa Komissiyasının növbəti 10 il ərzində müdafiə sənayesinə lazımi investisiyanın 500 milyard avro dəyərində qiymətləndirdiyi barədə əvvəlki hesabatları təsdiqlədi" - deyə portal qeyd edib.
AK rəhbəri bu məbləğə Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi üçün xərclərin daxil olub-olmadığını dəqiqləşdirməyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bütün Aİ ölkələrinin ümumi hərbi xərcləri 240 milyard avro təşkil edib, hərbi sənaye kompleksinə qoyulan investisiyalar isə Aİ-nin müxtəlif ölkələrində bu məbləğin 5-15%-ni təşkil edir.