Almaniya: NATO müttəfiqləri Ukraynaya 140 milyard avro dəstək öhdəliyi götürəcək



Almaniyanın xarici işlər naziri İohann Vadeful NATO müttəfiqlərinin 2026-cı və gələn il üçün Ukraynaya ümumilikdə 140 milyard avro məbləğində dəstək təmin etməyi öhdələrinə götürməyə hazırlaşdıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, Almaniya XİN rəhbəri Vadeful Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammiti ərəfəsində "Deutschlandfunk" radiosuna müsahibəsində mühüm məqamlara toxunub.

Nazir çıxışında qeyd edib ki, 2026 və gələn il üçün Ukraynaya yalnız Avropa və Kanadanın töhfələri ilə 140 milyard avro ayırmağı öhdəmizə götürə bilərik.

Vadeful bildirib ki, bu, Ukraynaya yönəlmiş çox güclü bir dəstək siqnalı olacaq.

Bu öhdəliyin eyni zamanda Moskvaya Qərb müttəfiqlərinin Kiyevə verdikləri dəstəyi davam etdirmək mövzusundakı qətiyyətini nümayiş etdirəcəyini vurğulayan Vadeful döyüş meydanındakı son hadisələrin Ukraynanın Rusiyaya daha ağır zərbələr endirə bildiyi yeni bir mərhələyə işarə etdiyini qeyd edib.

Qərbin hərbi və maliyyə dəstəyinin sahədəki təsirinin aydın şəkildə göründüyünü bəyan edən almaniyalı nazir Rusiyanı yenidən danışıqlar masasına oturtmaq üçün beynəlxalq təzyiqin daha da artırılmasının vacibliyini dilə gətirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu