Almaniya Ukraynaya dəstək üçün ildə 9 milyard avro ayırmağı planlaşdırır
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Almaniya hakimiyyətinin Ukraynaya dəstək üçün hər il 9 milyard avro ayırmaq niyyətində olduğunu açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Kiyevə səfəri zamanı bildirib.
"Biz Ukraynaya hər il doqquz milyard avro ilə dəstək verəcəyik", - deyən Lars Klinqbeylinin fikirlərindən "Bild" qəzeti sitat gətirib.
Daha əvvəl DPA agentliyi Almaniya Maliyyə Nazirliyinin məlumatlarına istinadla bildirmişdi ki, Almaniya 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib. Bunun təqribən 25 milyard avrosu ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avrosu Ukraynaya silah, silah və mülki yardımın təmin edilməsinə sərf olunub.
