Almaniya Ukraynaya dəstək üçün təxminən 50,5 milyard avro xərcləyib
2022-ci ilin fevral ayının sonundan Almaniya Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.
AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Maliyyə Nazirliyinin departament rəhbəri Lars Klinqbeylin Kiyevə səfəri ilə bağlı məlumatlarına istinadən məlumat yayıb.
Ümumi məbləğin təqribən 25 milyard avrosu ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avrosu silah təchizatı və Ukrayna Silahlı Qüvvələrinin təliminə, 6,7 milyard avrosu mülki yardıma və 1,9 milyard avrosu büdcə yardımına yönəlib. Maliyyə büdcəsinin planlaşdırılmasına əsasən, Almaniya 2027-ci ilə qədər Kiyevə ikitərəfli əsasda ildə 8 milyard avrodan çox məbləğdə hərbi dəstək vermək niyyətindədir.
Qeyd edək ki, Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Kiyevə gəlib. O, orada Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.
