TƏBİB-də Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti Mərkəzində yeni təyinat olub.
AFN.az xəbər verir ki, Fuad Nəbiyev Mərkəzə direktor müavini təyin edilib.
F.Nəbiyev Vətən Müharibəsi iştirakçısıdır. Ehtiyatda olan Baş-Leytenantdır.
Qeyd edək ki, bu təyinatadək o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyində çalışıb.

