Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.
AFN.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədov TƏBİB katibliyinin rəhbəri təyin edilib. O, bu gündən yeni vəzifəsinin icrasına başlayıb.
S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olduğu zaman Sahib Gülməmmədov onun köməkçisi təyin edilmişdi. Bu təyinat tərəflər arasındakı uğurlu kadr əməkdaşlığının davamı kimi qiymətləndirilir.


