2026-cı ildə dünyanın ən yaşana bilən şəhərləri məlum olub



"Economist Intelligence Unit"in (EIU) maraqla gözlənilən 2026-cı il Qlobal Yaşamaq İndeksi dərc edilib. Dünya miqyasında 173 şəhərin həyat keyfiyyətinin ölçüldüyü siyahıda lider bu il də dəyişməyib.

AFN.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın ən yaşana bilən şəhəri adını qorumağı bacarıb.

Hər il müntəzəm olaraq hazırlanan bu hesabat sabitlik, səhiyyə xidmətləri, mədəniyyət və ətraf mühit, təhsil, eləcə də infrastruktur kimi fundamental meyarları əsas götürərək ən yüksək həyat keyfiyyəti təqdim edən şəhərləri müəyyən edir və dünya üzrə 173 meqapolisi nəzarətdən keçirir.

Siyahının ilk beşliyində Kopenhageni müvafiq olaraq Vyana, Melburn, Sidney və Sürix izləyir. Ortaya çıxan bu mənzərə Avropa şəhərlərinin siyahıdakı dominantlığını davam etdirdiyini göstərir, eyni zamanda Avstraliyanın da həyat keyfiyyətindəki sabit və güclü performansını növbəti dəfə sübut edir.

2026-cı il Qlobal Yaşamaq İndeksinə görə dünyanın ən yaşanıla bilən 10 şəhəri bu ardıcıllıqla sıralanır:

1. Kopenhagen

2. Vyana

3. Melburn

4. Sidney

5. Sürix

6. Cenevrə

7. Osaka

8. Adelaida

9. Vankuver

10. Tokio




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu