İran: Danışıqlar yenidən başlamaya bilər
İranın xarici işlər naziri Abbas Əraqçi "Təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq" deyib.
AFN.az xəbər verir ki, İranın XİN rəhbəri sosial şəbəkə hesabında etdiyi paylaşımda ölkənin keçmiş lideri Ayətullah Əli Xameneinin dəfn mərasiminə milyonlarla iranlının qatıldığını bildirib.
İran xalqının və ordusunun heç bir təhdiddən qorxmadığını qeyd edən Əraqçi anlaşma memorandumunun 13-cü bəndinə istinad edərək, "Təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. Atılan imzanıza sadiq qalın" ifadələrini işlədib.
