Əraqçi: İslamabad Anlaşma Memorandumuna heç vaxt bu qədər yaxın olmamışdıq



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müharibəyə son qoyulması və yekun saziş prosesinin başladılması məqsədilə aparılan danışıqlara toxunaraq, İslamabad Anlaşma Memorandumunun tamamlanma mərhələsinə heç vaxt bu qədər yaxın olmadığını bildirib.

AFN.az xəbər verir ki, baş diplomat "X" hesabı üzərindən danışıqların gedişatı ilə bağlı mühüm açıqlamalar paylaşıb.

Media qurumlarını sözügedən sənədin məzmunu barədə müxtəlif fərziyyələr və spekulyasiyalar irəli sürməkdən çəkinməyə çağıran Əraqçi, memorandumun uğurla yekunlaşması üçün tarixi bir fürsət yarandığını vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, ölkəsinin nümayiş etdirdiyi şəffaf yanaşma prinsipinə uyğun olaraq, prosesin bütün təfərrüatları doğru zaman gəldikdə ictimaiyyətin diqqətinə tam şəkildə çatdırılacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu