Merz: Ərdoğandan Putini razılaşdırmağı xahiş etdim


Almaniya kansleri Fridrix Merz NATO-nun Haaqa sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna münaqişəsinin həllində vasitəçilik roluna görə təşəkkür edib və ondan Moskvaya təsir göstərməsini xahiş edib.



AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Merz Haaqada keçirilən mətbuat konfransı zamanı bildirib: “Prezident Ərdoğanla uzun söhbətim oldu. Türkiyənin müvafiq vasitəçilik rolunu oynamağa və İstanbul və ya Ankaranı bu cür görüşlər üçün məkan kimi təqdim etməyə hazır olduğuna görə ona təşəkkür etdim. Mən prezident Ərdoğandan Rusiyaya təsir göstərməsiniVladimir Putini danışıqlar masasına əyləşməyə razı salmasını xahiş etdim".



Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də keçirilib. Görüş nəticəsində tərəflər sülhə dair memorandum layihələrinin mübadiləsini aparıb və yaralı əsirlər ilə həlak olmuşların cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu