Hindistan Rusiya mediasına qarşı sanksiyalar tətbiq etməkdən imtina edib

Hindistan Xarici İşlər Nazirliyi Rusiya mətbuatına, xüsusən də RT telekanalına qarşı sanksiyalar tətbiq etməkdən imtina edib.
AFN.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Bildirilir ki, Amerika rəsmiləri Hindistan Xarici İşlər Nazirliyi ilə RT-yə qarşı sanksiyalara qoşulmağın zəruriliyini müzakirə ediblər. "Nazirlik sussa da, hökumət sanksiyalarla bağlı müzakirələrin Hindistana aidiyyəti olmadığını bildirib", - məqalədə qeyd edilir.