Rusiya ordusunda xidmət edən iki hindistanlı Ukraynadakı münaqişədə ölüb


Hindistan Xarici İşlər Nazirliyi Rusiya ordusunda xidmət edən iki vətəndaşının Ukraynadakı münaqişədə öldüyünü açıqlayıb.



Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Rusiya və Ukrayna arasında davam edən qarşıdurmalarda Rusiya ordusu tərəfindən xidmətə alınan iki Hindistan vətəndaşının həlak olduğu qeyd edilib.

Açıqlamada Hindistanın Moskvadakı səfirliyinin Rusiya hakimiyyətindən ölən iki şəxsin cəsədlərinin geri qaytarılmasını tələb etdiyi vurğulanıb, Rusiyanın Hindistan vətəndaşlarını işə götürməməsi və dərhal silah altında azad edilməsi çağırışı edilib.

Bəyanatda həmçinin Hindistan vətəndaşlarına Rusiyada iş elanları ilə bağlı ehtiyatlı olmaları tövsiyə edilib.

Qeyd edək ki, Hindistan mətbuatında çıxan xəbərlərə görə, təxminən 200 hindistanlı Rusiya ordusunun sıralarında dəstək qüvvələri kimi xidmət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu