BMT-nin baş katibi İsrail və Yəmən arasında gərginliyin artmasını pisləyib


BMT-nin baş katibi Antonio Quttereş İsrail və Yəmən arasında gərginliyin artmasını pisləyir və İsrailin Yəmən infrastrukturuna qarşı hava hücumlarından son dərəcə narahatdır.


"Baş katib İsrail və Yəmən arasında eskalasiyanı pisləyir. Bu gün İsrailin Yəməndəki Sana hava limanına, Qırmızı dəniz limanlarına və elektrik stansiyalarına endirdiyi hava zərbələri xüsusilə narahatlıq doğurur. Zərbələrin çoxlu itki ilə nəticələndiyi, o cümlədən ən azı üç nəfərin öldüyü və onlarla insanın yaralandığı bildirilir "- deyə dünya təşkilatının rəhbərinin mətbuat xidmətinin yaydığı mesajda qeyd edilir.

Bəyanatda vurğulanır ki, Quttereş Yaxın Şərq regionunda daha da gərginləşmə risklərindən son dərəcə narahatlığını davam etdirir və bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və həddindən artıq təmkinli olmağa çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu