İsrail Quterreşi persona non qrata elan edib


İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antoni Quterreşin İranın İsrailə hücumunu pisləmədiyinə görə onun yəhudi dövlətinə girişini qadağan edib və onu persona non-qrata elan edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İranın İsrailə qarşı cinayətkar hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən, İsrailə nifrət edən baş katib Quterreş Birləşmiş Millətlər Təşkilatının tarixində bir ləkə kimi yadda qalacaq" - deyə İsrailin "Ynet" portalı XİN-in bəyanatından sitat gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu