Quttereş: Yaxın Şərqdə gərginliyin azaldılmasında İranın rolu mühümdür
BMT-nin baş katibi Antonio Quterreş İran prezidenti Məsud Pezeşkian ilə görüşüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Yaxın Şərqdə vəziyyətin deeskalasiyasına nail olunmasında Tehranın mühüm rolunu qeyd edib. Bu barədə Quttereşin ofisinin yaydığı məlumatda deyilir.
“Baş katib İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət, xüsusilə Qəzzadakı müharibə, həmçinin Livan və Yəməndəki vəziyyət müzakirə edilib. Baş katib regional deeskalasiyanın təcili zəruriliyini və bu məqsədə çatmaqda İranın mühüm rolunu vurğulayıb”, - deyə ofisin açıqlamasında bildirilir.