İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
AFN.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"