İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər xəsarət alıb

İspaniyada xizək kurortunda kanatın qırılması nəticəsində azı 30 nəfər xəsarət alıb, onlardan 17-nin vəziyyəti ağırdır.
Bu barədə BBC məlumat yayıb.
Hadisə İspaniyanın Pireney adalarında, Astun kurortunda baş verib. Hazırda o, bağlıdır və xilasedicilər hadisə yerində işləyirlər.
Yerli media xəbər verir ki, onlarla insan hələ də yerdən 15 metr hündürlükdə asılı vəziyyətdə xilasetməni gözləyir. Kanatın hansı səbəbdən sıradan çıxdığı hələlik məlum deyil.