Yaponiyada çoxmərtəbəli ritual arabanın aşması nəticəsində 19 nəfər xəsarət alıb


Yaponiyanın mərkəzində yerləşən İzunokuni şəhərində festival zamanı çoxmərtəbəli “daşi” ritual arabasının aşması nəticəsində ən azı 19 nəfər xəsarət alıb.


Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

"Daşi" Yaponiyanın milli şinto dini ilə əlaqəli bir çox bayramların atributudur. Hadisə şahidlərinin sözlərinə görə, yıxılan arabanın hündürlüyü təxminən 3 metr, çəkisi isə təxminən 2 ton olub. Xəsarət alanlar arasında uşaq da var, digər yaralıların vəziyyəti isə ağırdır.

Hadisə yerinə gələn polis əməkdaşları hadisənin baş vermə şəraitini araşdırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu