Nyu-Cersi ştatında güclü yağışlar səbəbilə fövqəladə vəziyyət elan edilib


ABŞ-ın Nyu-Cersi ştatında güclü yağışların səbəb olduğu sel fəlakətləri nəticəsində fövqəladə vəziyyət elan olunub.



NBC News-un xəbərinə görə, Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi güclü yağışlar səbəbilə fövqəladə vəziyyət elan edildiyini bildirərək “Zəhmət olmasa evdə qalın və zəruri olmayan səfərlərdən çəkinin” deyib.



Digər tərəfdən, Nyu-York Şəhər Fövqəladə Hallar İdarəsi sosial media platforması X hesabında xəbərdarlıq yayıb: “Əgər zirzəmidə yaşayırsınızsa, diqqətli olun. Ani sel gecə saatları da daxil olmaqla baş verə bilər. Telefon, fənər və fövqəladə hallar çantanız yanınızda olsun. Daha yüksək bir yerə köçməyə hazır olun”.



Nyu-Cersi ştatında iyulun əvvəlində təsirli olan güclü yağış və fırtına zamanı avtomobillərin üzərinə ağacın aşması nəticəsində 3 nəfər həyatını itirmişdi.



Digər tərəfdən, ABŞ-ın cənubundakı Texas ştatında 4 iyul tarixində qəfil başlayan güclü yağış nəticəsində Kerr bölgəsindəki Guadalupe çayı daşaraq selə səbəb olmuşdu.



Sel fəlakətində indiyədək 129 nəfərin həyatını itirdiyi, təxminən 150 nəfərin itkin düşdüyüaxtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu