ABŞ və Çin arasında texnologiya rəqabəti qızışır


ABŞ və Çin arasında texnologiya sahəsində də rəqabət getdikcə artır. ABŞ-ın ticarət naziri Gina Raimondo, Çinə ixrac məhdudiyyətlərini nəzərdən keçirdiklərini açıqlayıb. Çin ordusunun qabaqcıl texnologiyalara çıxışının qarşısını almaq istədiklərini deyən amerikalı nazir, bunu məhdudiyyətlərlə etməyi hədəflədiklərini qeyd edib.


Raimondo bu barədə Filippindəki görüşləri zamanı danışıb. O, Çinə qarşı ixrac məhdudiyyətlərinin əhatə dairəsini daim nəzərdən keçirdiklərini bildirib. Nazir Çin ordusunun yarımkeçiricilər və süni intellekt kimi texnologiyalara çıxışının əleyhinə olduqlarını bildirib.

ABŞ ticarət naziri məhdudiyyətlərlə Çinin hərbi inkişafının qarşısını almağı hədəflədiklərini qeyd edib.

ABŞ 2022-ci ildə ilk dəfə olaraq hipersəs raket və süni intellekt texnologiyalarının inkişafı və istifadəsinin qarşısını almaq üçün Çinə qarşı çip ixracına məhdudiyyətlər tətbiq edib.

Bu məhdudiyyətlərin əhatə dairəsi 2023-cü ildə genişləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu