Pezeşkian: Tramp sülh və müharibə arasında seçim etməlidir

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhə töhfə vermək və ya İsrailin ABŞ-ı İranla müharibəyə cəlb etməsinə imkan vermək arasında seçim etməlidir.
AFN.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə deyib.
“Tramp bizim regionumuzu sülhə və parlaq gələcəyə doğru yönləndirə, İsrailin yerini göstərə bilər. Yaxud da İsrailin baş naziri Benyamin Netanyahu-nun ABŞ-ı və ya ABŞ prezidentini sürükləmək istədiyi müharibəyə – dibi görünməyən bir bataqlığa – daxil ola bilər. Seçim Amerika prezidentinin əlindədir”, – deyə Pezeşkian bildirib.