İlham Əliyevlə Məsud Pezeşkian Xankəndidə görüşdü

İyulun 4-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısıçərçivəsində baş tutub.
Qeyd edək ki, Prezident Məsud Pezeşkian sözügedən Zirvə görüşündə iştirak məqsədilə Xankəndiyə səfər edib.