Pezeşkian: ABŞ və İsrail nüvə razılaşmasına zərbə vurdu

ABŞ və İsrailin İranın dinc nüvə obyektlərinə endirdiyi zərbələr beynəlxalq nüvə silahının yayılmaması rejiminə böyük ziyan vurub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib. O, bu barədə Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasının iştirakçılarına videomüraciətində danışıb.
“2025-ci il iyunun 13-də sionist rejim (İsrail - red.) İran İslam Respublikasına qarşı amansız, qeyri-qanuni terror və silahlı hücumlar həyata keçirdi. Bu təcavüz İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında İranın sülhməramlı nüvə proqramı ilə bağlı dolayı danışıqları zamanı baş verib. ABŞ və sionist rejimin Beynəlxalq Atom Enerjisi Agentliyinin tam nəzarəti altında olan İranın sülhməramlı nüvə obyektlərinə hücumları bütün beynəlxalq qaydaların kobud şəkildə pozulmasıdır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən nüvə silahının yayılmaması rejiminin statusuna düzəlməz zərbə vurur”, - deyə o, qeyd edib.