Tramp: Vaşinqtonda 3 həftədə 1600-dən çox şəxs həbs edilib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin paytaxtı Vaşinqtonda 3 həftə ərzində 700-dən çoxu qanunsuz miqrant olmaqla 1669 nəfər həbs edilib.

Tramp Truth Social sosial media platformasındakı hesabında keçən ay Vaşinqtonda ictimai təhlükəsizlik fövqəladə vəziyyət elan edildikdən sonra həbs edilən şəxslərin sayını göstərən Ağ Evin hazırladığı qrafiki paylaşıb.

Qrafikdə qeyd olunub ki, federal səviyyədə idarə olunan İşçi Qrupu 3 həftə ərzində 1669 nəfəri həbs edib, bunlardan 709 nəfəri qanunsuz miqrantdır.

Həbs əməliyyatlarının ümumilikdə 22 federal və yerli hüquq-mühafizə orqanının əməkdaşlığı ilə həyata keçirildiyi bildirilir. Qrafikdə əməliyyatların 3 500 əməkdaşla aparıldığı, bunlardan 1 871-nin hüquq-mühafizə orqanları, 1 629-nun isə Milli Qvardiya üzvləri olduğu vurğulanır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu