Tramp Vaşinqtonda fövqəladə vəziyyətlə hədələyir
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda miqrasiyanın tənzimlənməsi məsələlərində federal qurumlarla əməkdaşlıqdan imtina olunarsa, fövqəladə vəziyyət elan etməyə hazır olduğunu bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb. "Kolumbiya dairəsi cəmi bir neçə həftə ərzində ABŞ-ın və hətta dünyanın ən təhlükəli və ölümcül yerlərindən birinə çevrilib. O, çiçəklənir, restoranlar, mağazalar və bizneslər doludur və son onilliklərdə ilk dəfədir ki, faktiki olaraq heç bir cinayət yoxdur" deyə o, yazıb.
"Ancaq indi, radikal solçu Demokratların təzyiqi altında, Vaşinqton meri Muriel Bovser elan etdi ki, Böyükşəhər Polis Departamenti daha təhlükəli qanunsuz mühacirlərin çıxarılması və yerləşdirilməsi məsələlərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin agentləri ilə əməkdaşlıq etməyəcək."
Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, belə bir hal baş verərsə, o, fövqəladə vəziyyət elan edəcək və lazım gələrsə, federallaşmaya əl atacaq.

