Tramp Vaşinqton merinə evsiz çadırlarınə yığışdırmağı tapşırıb


ABŞ prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə evsiz düşərgələrini şəhərdən yığışdırmağı əmr edib.


AFN.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində yazıb. “Biz Vaşinqton merini xəbərdar etmişik ki, o, şəhərdəki bütün yararsız evsiz düşərgələrini, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığında yerləşən çadırları yığışdırsın”, - deyə Tramp qeyd edib.

Bildirib ki, əgər mer bu işin öhdəsindən gələ bilməsə, özü bunu edəcək: "O, bunu edə bilməzsə, biz onun üçün bunu etməyə məcbur olacağıq! Vaşinqton təmiz və təhlükəsiz olmalıdır! Biz böyük paytaxtımızla bir daha fəxr etmək istəyirik. Mer Bauzer, ölkəmizin vətəndaşları adından göstərdiyiniz səylərə görə təşəkkür edirik. Ümid edirik ki, uğur qazanacaqsınız", - deyə Tramp sözlərini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu