Tramp onu həbs etmək istəyənləri fəlakətlə hədələyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp onu həbs etmək istəyənləri “qan və ölümlə” hədələyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Sabiq prezidentin sözlərinə görə, “Trump Organization” dələduzluq işində ittiham olunmaq bütün ölkə üçün fəlakətli nəticələrə səbəb ola bilər.
“Bütün ABŞ prezidentlərindən daha çox səs toplayan ölkənin keçmiş rəhbərini və “Respublikaçılar Partiyasının əsas namizədi”ni ittiham edəcək adam necə birisi olmalıdır”,-deyə Tramp tərəfdarlarına səslənib.
"Həmçinin belə bir saxta ittihamın irəli sürülməsi nəticəsində yarana biləcək potensial ölümlər və dağıntılar ölkəmiz üçün fəlakətllə nəticələnə bilər. Bunu yalnız "Birləşmiş Ştatlara həqiqətən nifrət edən degenerativ psixopat" edə bilər”,-deyə Tramp yazıb.