Tramp Ukraynada müharibəni dayandırmağa razıdır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 24 saat ərzində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar apara biləcəyinə inanır.
"Mən prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt baş verməzdi. Amma indi də prezident kimi bu dəhşətli müharibəni 24 saat ərzində bitirməyə razı ola bilərdim", - AFN.az xəbər verir ki, Tramp "Truth" sosial şəbəkəsində belə yazıb.
Qeyd edək ki, Tramp Ukraynadakı vəziyyətin üçüncü dünya müharibəsinə çevrilə biləcəyini dəfələrlə bəyan edib.
M.Vahidli