Müharibəni iki zənglə dayandıracam - Tramp
ABŞ-ın 45-ci prezidenti Donald Tramp bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi bir gündə başa çata bilər. Bunun üçün guya ona iki telefon zəngi lazımdır.
Eks-prezudentin sözlərinə görə, o, yenidən ABŞ prezidenti vəzifəsinə seçilərsə, dərhal Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcək. O, görüş təşkil edə biləcəyinə əmindir.
Tramp Floridada çıxışı zamanı deyib: "Qələbəm məlum olan kimi həmin gecə Putin və Zelenskiyə zəng edəcəm. Onlara görüşməli olduğumuzu söyləyəcəyəm və zəmanət verirəm ki, bu məsələni həll edə biləcəm".
Eyni zamanda o, əmin edib ki, 24 saat ərzində sülh müqaviləsini imzalamaq mümkün olacaq.
M.Vahidli