Qırğızıstan İranın limanlarından istifadə etmək istəyir


Qırğızıstan Nazirlər Şurasının sədri Aklikbek Caparov bəyan edib ki, onun dənizə çıxışı olmayan ölkəsi tranzit və nəqliyyat məqsədləri üçün İranın dəniz limanlarından istifadə etmək istəyir.


Qırğızıstan hökumətindən verilən açıqlamaya görə, Aklikbek Caparov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin hökumət başçılarının sabah Bakıda keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana gələn İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir ilə görüşüb.

İranı ŞƏT-ə tamhüquqlu üzv qəbul olması münasibətilə təbrik edən Caparov ölkənin təşkilatın potensialının və ŞƏT-ə üzv ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Caparov bildirib ki, dənizə çıxışı olmayan Qırğızıstan olaraq onlar İranın dəniz limanlarından tranzit və nəqliyyat məqsədləri üçün istifadə etmək istəyirlər.

Qırğızıstanın İrana bal ixrac etmək imkanının olduğunu xatırladan Caparov, "İran bazarına lobya ixrac etmək üçün böyük potensialımız var. 2022-ci ildə lobya məhsulumuzun ümumi həcmi 78 min 276 tona çatdı" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu