Si Cinpin ŞƏT sammitində üzv dövlətlərin liderləri üçün ziyafət verəcək
Çin sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində üzv ölkələrin liderləri üçün qarşılanma ziyafəti verəcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və “ŞƏT Plus” iclasına sədrlik edəcək. Çin lideri əsas nitqlə çıxış etməyi planlaşdırır.
Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində (Şimali Çin) ŞƏT sammiti keçiriləcək.



