İspaniya hökuməti ABŞ administrasiyası ilə buzları əritməyə çalışır

İspaniya hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə son vaxtlar gərginləşən münasibətləri düzəltmək üçün səylərini sürətləndirib.
İspaniyanın İqtisadiyyat, Ticarət və Şirkətlər naziri Karlos Kuerpo Trampın yeni gömrük tarifləri ilə başlatdığı ticarət müharibəsindən sonra sabah Vaşinqtona gedəcək.
Kuerpo ABŞ-a səfəri ilə bağlı Madriddə bir qrup xarici mətbuat mənsubuna verdiyi açıqlamada "ABŞ və İspaniya arasındakı əlaqələri gücləndirmək üçün ABŞ-a gedirik" deyib.
Kuerpo bu gün Vaşinqtonda Avropa İttifaqı (Aİ) Komissiyasının ticarətdən məsul üzvü Maros Şefçoviçin təmaslarından sonra maliyyə naziri Skott Bessent və ABŞ-da iqtisadiyyat və ticarətdən məsul bəzi yüksək səviyyəli nümayəndələrlə görüşün baş tutmasının yaxşı bir təsadüf olduğunu qeyd edib və İspaniya hökuməti olaraq Şefçiçin danışıqlarını tam dəstəklədiklərini vurğulayıb.
Digər tərəfdən, İspaniya İqtisadiyyat, Ticarət və Şirkətlər Nazirliyinin yüksək səviyyəli nümayəndələrindən alınan məlumatda, Kuerponun ABŞ-a səfərinin iki ölkə arasında sabitlik, etimad və tərəfdaşlığa əsaslanan münasibətləri müsbət gündəmlə gücləndirmək məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, ABŞ İspaniyanın Aİ hüdudlarından kənarda ən böyük xarici investorudur və İspaniyada 740 şirkətlə fəaliyyət göstərən ABŞ bu ölkədəki xarici investorların 16 faizini təşkil edir.