İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanmasına icazə verməyib


İspaniyadakı azlıq solçu koalisiya hökuməti İsrailə silah daşıdığı bildirilən gəminin yenidən təchizat üçün İspaniya limanlarında dayanmasına mane olub.


"Marianne Danica" adlı Danimarka kommersiya yük gəmisinin İsrailə silah və partlayıcı material daşıdığının açıqlanmasından sonra hökumət Sumar ittifaqı və Podemos partiyasının şikayətlərini nəzərə alıb və gəminin 21 may tarixində tədarük üçün İspaniya limanına yaxınlaşmasına icazə verməyib.

Nazir Jose Manuel Albares "Biz bunu ilk dəfə edirik, çünki ilk dəfə olaraq İsrailə silah daşıyan bir gəminin İspaniya limanında dayanmaq istədiyini təsbit edirik. Bizim siyasətimiz müharibə materialları üçün yeni ixrac lisenziyaları vermək deyil. Buna görə də gəminin tədarük üçün dayanmasına icazə vermirik" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu