Almaniyada daşqın insan tələfatına səbəb olub


Almaniyanın cənub-qərbi cümə günündən bəri güclü yağışın təsiri altındadır. Bölgədə can itkisi ilə bağlı ilk xəbər Saarland əyalətindən gəlib. Sel sularının apardığı 67 yaşlı qadın bazar günü gecə aparıldığı xəstəxanada dünyasını dəyişib.



Almaniyanın Fransa ilə həmsərhəd əyalətləri həddindən artıq yağışın təsiri altında olub. Başda Saarland, Baden Württemberg və Rhineland Pfalz əyalətlərində bir çox yaşayış məntəqəsi sel sularına təslim olub.

İlk ölüm xəbəri Saarland əyalətindən gəlib. Saarbrücken Bələdiyyəsi sel sularının apardığı 67 yaşlı qadının xilasetmə əməliyyatı zamanı aldığı xəsarətlərə görə aparıldığı xəstəxanada həyatını itirdiyini açıqlayıb.

Meteorologiya rəsmiləri qeyd ediblər ki, ölkənin cənub-qərbində 24 saatdan az müddətdə hər kvadratmetrə 100 kiloqramdan çox yağış düşüb.

Qeyd edək ki, bazar günü günortadan sonra Reynland Pfalz əyalətinin Kirn şəhərinə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu