Almaniyada güclü yağış daşqınlara səbəb olub


Almaniyanın Saarland əyalətində davam edən leysan yağışları sel və daşqınlara səbəb olub.


Almaniyanın Saarland əyalətinin paytaxtı Saarbrüken başda olmaqla bir çox bölgədə yağan yağışların səbəb olduğu sel və daşqınlar səbəbiylə bölgədəki bir çox bina boşaldılıb.

Almaniya Meteorologiya İdarəsinin verdiyi açıqlamada bölgəyə təxminən 24 saat ərzində hər kvadratmetrə 100 litr yağış yağdığı bildirilib.

Açıqlamada bölgədə yağışların davam edəcəyi, lakin intensivliyinin azalacağı qeyd edilib.

Almaniya kansleri Olaf Şolzun planlaşdırdığı proqramları ləğv edərək bölgəyə səfər edəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu