AZAL 6 aylıq hesabatını AÇIQLADI
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin yanvar-iyun aylarında 1,9 milyon sərnişinə xidmət göstərib.
AFN.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Hesabat dövründə AZAL 8 462 reys yerinə yetirib. Bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 7 %-lik artım deməkdir. Marşrut şəbəkəsi isə 52 istiqamətə çatdırılıb.
Bundan başqa, AZAL-ın donanmasına 3 yeni nəsil "Airbus" təyyarəsi əlavə olunub.
AZAL həmçinin Şımkentə birbaşa uçuşlara başlayıb, Brüssel, Qars, Aktöbə və Atırau istiqamətləri üzrə bilet satışını açıb, rəqəmsal xidmətlərini genişləndirərək sərnişin təcrübəsini daha da təkmilləşdirib.

