ABŞ İranda dəmir yolunu vurdu: Reyslər dayandırıldı


ABŞ-nin Tehran-Məşhəd dəmir yolu xəttindəki bir nöqtəyə təşkil etdiyi hücum səbəbindən bu marşrut üzrə sərnişin qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırıldığı açıqlanıb.

AFN.az xəbər verir ki, İranın rəsmi İRNA agentliyinə danışan Xorasan Dəmir Yolları İctimaiyyətlə Əlaqələr Müdiri Cavad Miracifər məsələ ilə bağlı məlumat verib.

İranlı rəsmi ABŞ-nin Tehran-Məşhəd dəmir yolu xəttindəki bir nöqtəyə təşkil etdiyi hücum səbəbindən reyslərin müvəqqəti dayandırıldığını bildirib.

Miracifər texniki heyətin hadisə yerinə cəlb edildiyini, zərər görmüş hissənin bərpası işlərinin davam etdiyini və xəttin ən qısa zamanda yenidən istifadəyə verilməsi üçün fəaliyyətlərin sürdürüldüyünü qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu