İran Böyük Britaniya səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran Britaniya rəsmilərinin Tehran rəhbərliyinə qarşı təhlükəsizlik ittihamları səbəbindən bu ölkənin Tehrandakı səfiri Huqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.
AFN.az xəbər verir ki, "Mehr" agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əli Rza Yusifi səfirə İranın Böyük Britaniyanın mövqeyi ilə bağlı etiraz notasını təqdim edib.
Açıqlamada Britaniya rəsmilərinin İranın Böyük Britaniyada təhlükəsizliyi hədəf alan əməllər planlaşdırdığı barədə iddialarının əsassız və həqiqətdən uzaq olduğu müdafiə olunub.
Bu ittihamların Böyük Britaniyanın beynəlxalq hüquqa zidd siyasətləri ilə ABŞ və İsrailə verdiyi dəstəyə yönəlik tənqidlərdən yayınmaq məqsədi daşıdığı iddia edilib.
İran tərəfi həmçinin Böyük Britaniyanı İran əleyhinə terror şəbəkələrinə və zorakı qruplara ev sahibliyi etməkdə və dəstək verməkdə günahlandıraraq London rəhbərliyinə bu fəaliyyətləri dayandırmaq çağırışı edib.
Açıqlamada Böyük Britaniyanın İsrail tərəfindən maliyyələşdirildiyi və yönləndirildiyi iddia edilən sözügedən şəbəkələrə ev sahibliyi etməsinin beynəlxalq hüquqdan irəli gələn terrorizmi dəstəkləməmək öhdəliyi ilə bir araya sığmadığı qeyd olunaraq, bu vəziyyətə bir an əvvəl son qoyulmasının vacibliyi vurğulanıb.


