Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq


Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, ölkəsi Gürcüstan hökumətinə dəstəyini və əlaqəsini azaldacaq.



Müvafiq bəyanatı Britaniya Xarici İşlər Nazirliyi yayıb.

Departamentin rəsmi saytında Lammi “Gürcüstan hakimiyyətinin etirazçılara və jurnalistlərə qarşı zorakılıq səhnələri qəbuledilməzdir və dayandırılmalıdır” deyib.

O, həmçinin əlavə edib ki, bu cür hərəkətlər Gürcüstanın beynəlxalq nüfuzuna kölgə salır və ölkənin Avropa gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir.

“Mövcud hadisələrin fonunda Avropanın demokratik norma və azadlıqlarından bu cür uzaqlaşma dayandırılana qədər Böyük Britaniya Gürcüstan hökuməti proqramlarına bütün dəstəyi dərhal dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü arzusu hökuməti”nin nümayəndələri ilə əlaqələri məhdudlaşdıracaq. ”, - deyə Lammi vurğulayıb. O əlavə edib ki, Britaniya gürcü əhalisini dəstəkləməyə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu