Böyük Britaniya 2024-cü ildə Ukraynaya dəstəyini artırmaq istəyir
Böyük Britaniya hakimiyyəti Ukraynaya dəstəyi cari il səviyyəsində saxlamağı və ya 2024-cü ildə onu artırmağı gözləyir.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Telegraph”a bildirib.
Jurnalistlər nazirdən Ukraynanın gələn il də eyni həcmdə hərbi yardım ala biləcəyini soruşublar. "Bəli, məncə, biz daha çox şey edə bilərik" deyə Kemeron vurğulayb. O əlavə edib ki, ölkə hökuməti hansı xərc maddələrinin çoxillik əsasa keçirilə biləcəyini müzakirə edir.
Kemeron öz arsenalını tamamlamaq üçün silah istehsalını da artırmaq istədiyini qeyd edib. Onun fikrincə, bu, daha təhlükəli dünyada Ukrayna və Böyük Britaniya üçün faydalı olacaq.