Devid Kemeron: "İranın regionda və dünyada çox zərərli təsiri var"


Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sunday Telegraph” qəzetinə müsahibəsində deyib ki, İran bölgədə və dünyada son dərəcə zərərli təsirə malikdir.



Misirli həmkarı ilə İsrailin Qəzzadakı müharibəsini, eləcə də Qırmızı dənizdəki qeyri-sabit vəziyyəti müzakirə etmək üçün bu həftə bölgəyə səfər edən Kemeron Tehranı müxtəlif "proxy”lərə yardım etməkdə ittiham edib.

“İranın regionda və dünyada son dərəcə zərərli təsiri var - buna heç bir şübhə yoxdur. Husilər var, Hizbullah var, İraqda İranın dəstəklədiyi milislər var ki, onlar faktiki olaraq Britaniya və Amerika bazalarına və qoşunlarına hücum ediblər. Və təbii ki, Həmas.”, - deyə Kemeron bildirib.

Onun sözlərinə görə, London Tehrandakı müttəfiqləri ilə əməkdaşlığı genişləndirəcək.

O, dünyada təhlükə və etibarsızlıq səviyyəsi əvvəlki illərlə və onilliklərlə müqayisədə son dərəcə yüksək səviyyədə olduğunu vurğulayaraq, İran təhlükəsinin də bu mənzərənin bir hissəsi olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu