Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb


Böyük Britaniyanın müvəqqəti işlər vəkili Britaniya hakimiyyətinin ölkəyə qarşı əsassız ittihamlarının davam etməsinə etiraz etmək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.


AFN.az xəbər verir ki, bu haqda “Mehr” Agentliyi məlumat yayıb. “İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə üçüncü departamentinin rəhbəri əsassız iddiaların iranofobiya siyasətinin davamı olduğunu bildirib və Britaniya hökumətini bu qeyri-dost yanaşmasına son qoymağa çağırıb”, - ganetlik yazır.

Böyük Britaniyanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edən iranlı diplomat Britaniya hökumətini mühacir və müsəlmanlara qarşı ayrı-seçkilik və vəhşiliklərə, habelə qaçqınları Ruandaya köçürməsinə görə tənqid edib. “Son dörd onillikdə İran İslam Respublikası xarici təzyiqlərə boyun əyməyəcəyini göstərdi və müvafiq olaraq, tezliklə Britaniya rejiminin sanksiyalarına qarşı cavab tədbirləri elan edəcək”, - deyə agentlik İran Xarici İşlər Nazirliyinin departament rəhbərindən sitat gətirib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yüksək rütbəli İran diplomatını Londonda yerləşən anti-İran mediasına qarşı təhdidlərə görə XİN-ə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu